Aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Ceyhun Bayramov və Ararat Mirzoyan gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.