“Air Cairo” aviaşirkəti 2022-ci ilin yazından etibarən Azərbaycana birbaşa uçuşlar təşkil etməyə hazırlaşır. Bu barədə Pasha Travel məlumat yayıb.
Birinci Şarm-əl Şeyx – Bakı birbaşa uçuşu martın 18-nə planlaşdırılıb. Uçuşlar mütəmadi olaraq həftədə bir dəfə, cümə günlərində həyata keçiriləcək.
“Bu, Azərbaycan və Misir arasında olan ilk və yeganə birbaşa reyslərdir. Əminik ki, 2023-cü ilin yayına qədər həftəlik uçuşları üç dəfəyədək artıracağıq”, - deyə aviaşirkətin rəsmisi Hüseyn Şerif bildirib.