Azərbaycan Xarici İşlər Nazirliyi ilə Niderland Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə martın 16-da Report-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məsləhətləşmələr zamanı münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə inkişaf etdiyi bildirilib. İkitərəfli ticari- iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu da qeyd edilib.