Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. TASS-ın yaydığı xəbərə görə, bu haqda Kremldən məlumat verilib.
Dövlət başçıları Qarabağ məsələsi ilə bağlı üçtərəfli sazişləri və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası haqda danışıblar.
Həmçinin delimitasiya üzrə komissiyanın yaradılması və iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin əhəmiyyəti bir daha təsdiqlənib.
Prezidentlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması barədə də fikir mübadiləsi aparıblar.