İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İsrailin Azərbaycandakı səfirliyi ən yaxşı rəsm müsabiqəsi elan edib. Bununla bağlı martın 15-də Facebook-da səfir Cord Dikin iştirakı ilə videoçarx yerləşdirilib.
Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyənlər rəsmlərini aprelin 15-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
“Azərbaycan Hava Yolları ilə birgə hazırladığımız xüsusi hədiyyəni qazana bilərsiniz”, - deyə məlumatda bildirilib.