Azərbaycan vətəndaşlarına Mərakeşə getmək üçün yenə də turist vizası veriləcək. Bu barədə martın 16-da Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bu qərar dünyada pandemiya ilə bağlı vəziyyətin yaxşılaşması nəticəsində qəbul edilib.
Ətraflı məlumat almaq üçün Səfirliyin [email protected] elektron poçt ünvanına yazmaq və ya (012) 480 25 44 nömrəsi ilə əlaqə saxlamaq olar.