Fövqəladə Hallar Nazirliyi (FHN), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və “Azərsu” ASC Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə martın 18-də qurumlardan məlumat verilib.
FHN-dən verilən məlumata görə, qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti bölmələrinə tapşırıqlar verilib.
Həmçinin RİNN bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.
Qeyri-iş günlərində “Azərsu” ASC də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.