Azərbaycanda daha bir 16 yaşlı qız ana olub. Bu haqda aprelin 11-də Oxu.az məlumat yayıb.
Ağdaş rayon sakini olan yeniyetmə uşağı Göyçay Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, analoji hadisə Gəncə şəhərində də baş verib. Bu gün orada 16 yaşlı qızın ana olması barədə xəbərlər yayılmışdır.