Bakıda və regionlarda mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərindən ibarət “KOB Fest” sərgi-satış yarmarkaları keçiriləcək. Bu barədə məlumat 8 aprel tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi səhifəsində yerləşdiriləcək.
Yarmarkaların məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmasıdır.
İlk yarmarka 25-26 aprel tarixlərində “İçərişəhər”də təşkil olunacaq. Tədbirdə yerli startaplar da iştirak edəcək.
Yarmarkada iştirak etmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.