Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib. Bu haqda aprelin 8-də Report məlumat yayıb. Qərar Gəncə Apellyasiya Məhkəməsində çıxarılıb.
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə sabiq dekan müavini Anar Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib.
A. Yusifov 2015-2020-ci illərdə Gəncə Dövlət Universitetində dekan müavini vəzifəsində çalışıb. O, vəzifəsindən sui-istifadə edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib.