Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 59 traktor istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 15,7% artıb. Təkcə fevral ayında 29 traktor buraxılıb. Martın 1-nə hazır məhsul ehtiyatı isə 74 traktor təşkil edib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 651 traktor istehsal olunub. Bu da 2020-ci illə müqayisədə 2,2 dəfə çoxdur.