"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 8-i saat 10:00-da Gəncədə vətəndaşları qəbul edəcək. Bu haqda məlumat qurumun Facebook səhifəsində paylaşılıb.
Qəbul Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək. ASC-nin nümayəndəsi Gəncə, Samux və Kəlbəcər rayonlarından olan insanlarla görüşəcək.
Qəbulda iştirak etmək istəyənlər Gəncə EŞ-ə və ya 199 çağrı mərkəzinə, onlayn isə [email protected] poçt ünvanına müraciət edə bilərlər. Görüşə peyvənd, immunitet və COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatları olanlar qatıla bilərlər.