Xankəndi şəhərinə gedən qaz xəttində müəyyən təmir-bərpa işləri aparılıb. Bu haqda Azəriqazın rəsmisi APA-ya açıqlamasında deyib.
“Həmin ərazilər Azərbaycanın suveren ərazisidir və orada nə işlər görülürsə, yalnız Azərbaycan tərəfindən görülə bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”, - Azəriqazdan bildirilib.
Qeyd edək ki, Xankəndi də daxil olmaqla Qarabağ iqtisadi zonasına daxil olan ərazilər ötən əsrin 80-ci illərində Azərbaycan tərəfindən qazlaşdırılıb, infrastruktur yaradılıb. İşğal dövründə bu kommunikasiyaların böyük qismi ermənilər tərəfindən dağıdılıb, viran qoyulub.