Bakıda "Azərsu" ASC-nin əməkdaşları odlu silahla təhdid edilib. Bu haqda martın 31-də qurum məlumat yayıb.
İnsident 28 May qəsəbəsində qeydə alınıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları bir nəfərin evinin həyətində su çəninin dolub daşdığı, ev sahibinin isə buna reaksiya vermədiyini görüblər. Onlar su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər.
Daha sonra həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.
Əraziyə gələn polis qurumun işçilərini və vətəndaşı araşdırma aparılması üçün polis bölməsinə dəvət edib.