Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat təqdim edib. Bu barədə İnsanoid ANAMA-ya istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
İyunun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 12, tank əleyhinə 18 mina və 151 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 156 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.