Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 305 mina aşkarlayıb. Bu barədə 5 iyul tarixində Agentlik məlumat verib.
İyunun 1-dən iyunun 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 63, tank əleyhinə 242 mina və 552 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 2 979,1 ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.