İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat təqdim edilib. Bu barədə 12 iyun tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.
İyunun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 146 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.