“Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır”. Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Bu barədə 5 noyabr tarixində Report məlumat verib.
“İndiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub”, - deyə nazir bildirib.