"Minalarla çirklənmiş ərazilər yalnız insanların başlıca hüquqlarına deyil, eləcə də təhlükəsiz ətraf mühitə və təmiz ekoloji şəraitə, sosial-infrastruktur fəaliyyətlərinə təhlükə törədir". Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Bu barədə 28 noyabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.