Azad edilmiş ərazilərdə Şərq çinarı, Eldar şamı, sərv, dağdağan və akasiya ağaclarının əkilməsi nəzərdə tutulur. Bu haqda oktyabrın 28-də Report xəbər yayıb.
Hazırda zeytun ağaclarının bir hissəsi işğaldan azad edilmiş ərazilərdə yerli şəraitə uyğun əkilib və bundan sonra da mərhələli şəkildə əkiləcək.
Füzuli Beynəlxalq Hava Limanının ətrafında ağac əkimi üçün 200 hektar sahə ayrılıb ki, bunun da təxminən 60 hektarlıq hissəsi, eyni zamanda Cəbrayıl rayonunun 25 hektar ərazisi əkin işləri üçün tam hazırlanıb. Zəngilanda isə 55 hektarda iynəyarpaqlı və enliyarpaqlı ağaclar əkilib.
Qeyd edək ki, zeytun tingləri 2014-cü ilə qədər Türkiyə və İspaniyadan gətirilirdi. Artıq həmin sortları özümüz istixanada yetişdiririk.