Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. Bu barədə 1 dekabr tarixində qurum məlumat yayıb.
Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 1-dən 30-dək olan müddətdə 247 tank əleyhinə mina, 228 piyada əleyhinə mina, 4 106 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 7 143 hektar ərazi minadan təmizlənib.