Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay zərərsizləşdirilən minaların sayını açıqlayıb. Bu barədə 1 fevral tarixində Agentlik məlumat verib.
Azad olunmuş ərazilərdə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 734,7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.