Bu ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda muzdla çalışan işçilərin sayı 49.5 min nəfər təşkil edib. Bu barədə 18 avqust tarixində APA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Muzdlu işçilərin sayının ən çox olduğu rayon Ağdamdır (13.3 min nəfər).
İşğaldan azad edilmiş rayonlarda ən yüksək əməkhaqqı isə Şuşada qeydə alınıb. Burada yanvar-iyun ayları üzrə orta aylıq nominal əməkhaqqı 812.9 manat təşkil edib.![]()