Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən yola salınan bu ilin ilk köçü Füzuliyə çatıb. Bu barədə 18 yanvar tarixində Report məlumat verib.
Daha 30 ailə (127 nəfər) yurda çatıb.
Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə-red) çatıb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, yanvarın 12-də Füzuliyə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib.