2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək azad olunan ərazilərdə 30 572 ədəd mina aşkarlanıb. Bu barədə 15 aprel tarixində Report Minatəmizləmə Agentliyinə istinadən məlumat verib.
Məlumata əsasən, carı ilin 1-14 aprel tarixləri ərzində 506,4 hektar ərazi təmizlənib, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edək ki, bu ay Tərtər və Zəngilan rayonlarında 2 nəfər minaya düşüb. Onlardan biri mülki şəxs, digəri isə hərbçidir.