Martın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 68, tank əleyhinə 97 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə 4 aprel tarixində Report ANAMA-ya istinadən məlumat verib.
Məlumata əsasən, nəticədə 306,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.