Aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 247 mina aşkarlanıb. Bu barədə 11 aprel tarixində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.
Məlumata əsasən, onlardan 106-sı piyada əleyhinə, 141-i isə tank əleyhinə minalardır.
Həmçinin 156 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd olunub ki, nəticədə 237 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.