Oktyabrın 24-dən 29-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 49 piyada əleyhinə mina, 97 tank əleyhinə mina və 398 partlamamış hərbi sursat aşkarlanıb.
Bu barədə 31 oktyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat verib.
Bildirilib ki, 350 hektar ərazi mina və PHS-lərdən təmizlənib.