“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropanın şəhərlərinə birbaşa uçuşların sayını artırmağı planlaşdırır. Bu barədə Report 25 aprel tarixində xəbər verib.
AZAL-in 1-ci vitse-prezidenti Samir Rzayev aviaşirkətin həyata keçirəcəyi birbaşa uçuşlarda rahatlığın və yüksək səviyyəli xidmətin təmin olunacağına əminliyini ifadə edib.
Xatırladaq ki, mayın 2-dən AZAL Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlayacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.