"Azərbaycan Hava Yolları" QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya uçuşlar həyata keçirəcək. Bu barədə 8 dekabr tarixində AZAL məlumat yayıb.
Aviareyslər həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri www.azal.az saytından, AZAL-in kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.