"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını artırıb.
Bu barədə 27 iyul tarixində Report AZAL-a istinadən xəbər verib.
Beləliklə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayı gündə 10 dəfəyə çatıb.
Sərnişinlərin tələbini ödəmək üçün ehtiyac olduqda aviaşirkət əlavə uçuşlar həyata keçirməyə hazırdır.
Bu ilin əvvəlindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 300 mindən çox sərnişin daşınıb. Sərnişin axınının pik həddi bu ilin iyun və iyul aylarında müşahidə edilib. Bu aylarda 1 000-dən çox reys yerinə yetirilib və 144 mindən çox sərnişin daşınıb.