AZAL 29 may tarixindən Bakı ilə Berlin arasında uçuşları bərpa edir. Bu barədə AZAL-dan məlumat verilib.
Bakı-Berlin-Bakı reysləri həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri şirkətin saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Almaniyada tətbiq olunan qayda və məhdudiyyətlərlə bağlı məlumatları buradan, Azərbaycana giriş qaydaları ilə buradan tanış olmaq olar.