"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə İnsanoid AZAL-a istinadən bu gün, 20 iyul tarixində xəbər verir.
Sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə reyslər çərşənbə və şənbə günləri, Bakı-Dammam-Bakı marşrutu üzrə isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Hazırda AZAL Səudiyyə Ərəbistanının Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.
Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytında, mobil tətbiqində, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.
[caption id="attachment_122654" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]