"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib. Bu barədə İnsanoid AZAL-ə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Bakı - Pekin - Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 699 manatdan, Pekin - Bakı - Pekin marşrutu üzrə aviabiletlərin qiyməti isə 455 ABŞ dollarından başlayır.
Endirimli aviabiletlər hər iki tarix daxil olmaqla 2023-cü ilin noyabrın 30-dan dekabrın 14-dək satışda olacaq.
Uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.
Biletləri AZAL-in rəsmi saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-in kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.