"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysinin bu gün günorta saatlarında yerinə yetirilməsi gözlənilir. Bu barədə Report 2 sentyabr tarixində xəbər verib.
Sentyabrın 1-də planlaşdırılan reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.
Texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.
Sərnişinlər hotelə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq, içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.
AZAL yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görür.