"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyova birbaşa uçuşlara başlamağı planlaşdırır.
Bu barədə 9 avqust tarixində Report Kişinyov Beynəlxalq Hava Limanına istinadən məlumat verib.
Məlumata görə, aviareyslər sentyabrın 15-dən başlayaraq, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.