"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini 48 saatadək artırıb. Bu barədə 8 avqust tarixində AZAL məlumat yayıb.
İndi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.
Onlayn qeydiyyat vasitəsilə sərnişinlər əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçə və hava limanında qeydiyyat üçün növbə gözləməyə bilərlər.
Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər www.azal.az/az/registration saytına daxil olmalıdırlar.