Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır. Bu barədə 16 avqust tarixində AZAL məlumat yayıb.
Reyslər Pakistanın paytaxtı İslamabad, Lahor və Kəraçiyə həyata keçiriləcək.
Uçuşlar Bakıdan İslamabada çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək.