Bu gün, martın 16-da İstanbulda Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ilə Türkiyənin turizm agentlikləri arasında yeni imkanların və əməkdaşlığın inkişaf perspektivlərinin təqdimatı keçirilib. Bu barədə AZAL-dan məlumat verilib.
Təqdimat zamanı Türkiyədə satışların həyata keçirilməsi, COVID-19 pandemiyası dövründə reyslərin yerinə yetirilməsi məsələləri müzakirə edilib. Tədbir turizm sahəsində aviaşirkətlərlə iş üzrə dünyanın aparıcı şirkəti “Aviareps Turkey” tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən AZAL-ın əməkdaşı qeyd edib ki, Türkiyə Azərbaycanla reyslərin yerinə yetirilməsinin sayına görə aparıcı ölkədir.