top
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub – SENSASSİYA
01 iyul 2025, 06:38
- ↺ +

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub – SENSASSİYA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Minval.az redaksiyasına 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus Embraer E190 sərnişin təyyarəsi ilə bağlı anonim məktub daxil olub. Məktubda, hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı, video və səs yazıları, eləcə də hərbi texnikanın nasaz vəziyyəti ilə bağlı detallı məlumatlar yer alır. Ən sarsıdıcı məqam isə təyyarənin Rusiya Müdafiə Nazirliyinin birbaşa əmri ilə vurulduğu iddiasıdır.

İzahata əsasən, kapitan Dmitri Sergeyeviç Paladiçuk bildirir:

“Mən, kapitan Paladiçuk Dmitri Sergeyeviç, BM №274 komandiri və döyüş hesablamasının rəhbəriyəm. 24.12.2024-dən 25.12.2024-ə qədər Qroznı şəhərinin hava hücumundan müdafiəsi üzrə döyüş növbətçiliyi aparırdım. 25 dekabr saat 05:40-da “hazırlıq №1” komandası daxil oldu. 05:48-də mobil telefon vasitəsilə komandaya keçidi raport etdim. Mövqedə mobil əlaqə zəif idi, başqa sabit rabitə vasitəsi yox idi. Fiber-optik kabellər çəkilsə də, terminala qoşulmamışdı, rəqəmsal telefon isə yox idi.

Saat 08:11-də hədəf aşkarlanıb və MRLİS vasitəsilə dəqiq müşahidəyə götürüldü. Bu barədə 51-ci diviziyanın VKP-sinə məlumat verdim. 08:13-də hədəfin yenilənmiş koordinatlarını bildirdim: α = 338°, məsafə = 7000 m, hündürlük = 490 m, sürət = 118 m/s, kurs = 230°. Telefonda mənə hədəfi məhv etmə əmri verildi. Optik müşahidə ilə hədəfi görmək mümkün deyildi – sıx duman səbəbilə. Bu da VKP-yə bildirildi. Saat 08:13:30-da operatora atəş açma əmri verdim. 08:13:33-də raket buraxıldı. 08:13:47-də BM-72V6 idarəetmə sistemi hədəfin ötürüldüyünü göstərdi. 08:13:48-də ikinci atəş əmri verdim. MRLİS məlumatına görə, birinci raket hədəfə bu koordinatlarda buraxılmışdı: α = 319°, məsafə = 7300 m, hündürlük = 697 m, sürət = 80 m/s. İkinci raket isə hədəfin α = 311°, məsafə = 8000 m, hündürlük = 1300 m, sürət = 120 m/s olduğu anda buraxıldı.”

“Redaksiya olaraq məktubun orijinallığını iddia etməsək də, onun kapitanın imzası ilə təsdiqlənməsi və istintaq üçün mühüm əhəmiyyət daşıması səbəbilə dərc edilməsini vacib sayırıq. Bu sənədin Azərbaycan Respublikasının aidiyyəti orqanları üçün də mühüm sübut ola biləcəyi istisna edilmir.

Üstəlik, məktubun məzmununu təsdiqləyən üç səsli mesajın olduğu audiofayl daha inandırıcı sübut kimi təqdim edilir. Bu mesajlarda üç fərqli səs sahibi əmrin verildiyini, iki dəfə atəş açıldığını və raketin qəlpələrinin təyyarəyə dəyərək faciəyə səbəb olduğunu təsdiqləyir.

Hazırda bu məlumatlar ciddi araşdırma tələb edir və müvafiq strukturların bu məsələni diqqətdən kənarda qoymayacağına inanırıq”, - deyə məlumatda bildirilib.

[gallery link="file" columns="1" size="full" ids="225139"]

Son xəbərlər

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Oxşar xəbərlər