Azərbaycan ağırlıqqaldıranı II MDB Oyunlarının qalibi olub. Bu barədə 9 avqust tarixində Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.
Belarusda keçirilən oyunlarda idmançı Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, toplam 393 kq (177+216) nəticə ilə qızıl medal əldə edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qrodno şəhərində Buz İdman Sarayında təşkil olunmuş yarışda 150-dən çox idmançı mübarizə aparıb.
Yarışda çıxış edən digər azərbaycanlı idmançı Əli Şükürlü 109 kq çəkidə 300 kq-lıq (130+170) göstərici ilə 5-ci yeri tutub.
II MDB Oyunları avqustun 10-dək davam edəcək.