2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 135 373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla).
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 aprel tarixli hesabatında əks olunub.
Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Əhalinin 54,6%-ini şəhər, 45,4%-ini kənd sakinləri, 49,8%-ini kişilər, 50,2%-ini isə qadınlar təşkil edir.