Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Bu barədə 7 noyabr tarixində Report məlumat verib. Döşəmə üzərində sərbəst hərəkətlərə görə hakimlərdən 14,200 xal alan 18 yaşlı idmançı fəxri kürsünün 1-ci pilləsinə qalxıb.
Cesikanın əkiz bacısı Cenifer Qədirova 13.166 xal nəticə ilə yeddinci olub.
Cesika Qədirova qələbəsi ilə komandasına Paris 2024-ə vəsiqə qazanmağa kömək edib.