Azərbaycan atleti Amir İsmailov U-18 oğlanlar arasında ölkə rekorduna imza atıb. Bu barədə İnsanoid Azərbaycan Atletika Federasiyasına istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.
O, bu nəticəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər qış birinciliyində nail olub.
Amir İsmailov 60 metr məsafəyə sədlərlə qaçışda 8.47 saniyə nəticə göstərərək, Azərbaycan rekordunu yeniləyib.