Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha iki medal əldə edib.
Bu barədə 31 iyul tarixində Report xəbər verib.
İdmançı gürzlər və lentlərlə hərəkətlərdə də uğurlu çıxış edib.
Belə ki, o, gürzlərlə hərəkətlərdə 30.850 xal toplayaraq gümüş medal, lentlərlə hərəkətlərdə isə 29.150 xalla bürünc medal qazanıb.
***
15:03
Azərbaycan bədii gimnastı XXXI Ümumdünya Yay Universiadasında gümüş medal əldə edib. Bu barədə 31 iyul tarixində Report məlumat verib.
Çinin Çendu şəhərində keçirilən Universiadada Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə uğurlu çıxış edib.
O, 31.800 xal toplayaraq gümüş medal qazanıb.
Zöhrə Ağamirova lent və gürzlərlə hərəkətdə də finala yüksəlib.
Daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar.