İtaliyanın paytaxtı Roma şəhərində "The European Fair Play Plaque of Merit and Diploma" mövzusunda Beynəlxalq Olimpiya Komitəsinin Avropa Ədalətli Oyunlar Hərəkatının mükafatlandırılma mərasimi keçirilib. Bu barədə 7 noyabr tarixində Azərbaycan Badminton Federasiyası məlumat verib.
Azərbaycan Badminton Federasiyası (ABF) “Ədalətli Oyun Ruhu” nominasiyasında qalib gəlib.
Badminton Federasiyasının marketinq meneceri Aydan Məmmədhəsənovaya təqdim olunan mükafat Azərbaycana verilmiş ilk “Fair Play” mükafatıdır.