Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989–1991) Vaqif Hüseynov vəfat edib. Bu barədə İnsanoid "Moskovskiy Komsomolets" qəzetinə istinadən bu gün, 5 iyun tarixində məlumat yayıb.
Vaqif Hüseynov ömrünün 82-ci ilində dünyasını dəyişib. O, 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.
Vaqif Hüseynovun 1993-cü ildən Moskvada yaşadığı qeyd olunur.