Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılması təklif edilir. Report-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa aprelin 15-dəki iclasda deyib.
Onun sözlərinə əsasən, həmin ölkə sülh müqaviləsinin imzalanmasının vacibliyini etiraf edir: “Nikol Paşinyan özü də bildirmişdi ki, müqaviləsiz Ermənistan inkişaf edə bilməz. Biz də bundan istifadə etməliyik”.
Millət vəkili erməni parlamenti ilə işin gücləndirilməsini və bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Ermənistan cəmiyyətinə təşəbbüsləri biz verməliyik.