Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.
Heyəti Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət milli yığma tamblinq üzrə komanda hesabında çempion olub.
Qeyd edək ki, bu, Azərbaycan gimnastikası tarixində bir ilkdir.