Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Santarem şəhərində keçirilən "Scalabis Cup"da üç medal qazanıblar. Bu barədə 10 iyul tarixində Report məlumat verib.
Məlumata görə, Hüseyn Abbasov fərdi proqramda gümüş medala sahib çıxıb.
İbrahim Mustafazadə və Fərhad Mustafayev isə bürünc medal qazanıblar.